"Neftçi" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşıb.
"Bakcell Arena"da keçirilən görüş gərginliyi ilə diqqət çəkib. İLk oyunda minimal hesabla məğlub olan komandamızı bu dəfə yalnız qələbə qane edirdi. Rəqib klomanda isə üstünlüyünü qorumaq niyyətində idi. Hər iki komanda matça ciddi itkilərlə çıxıb. Qonaqların heyətində 8 futbolçu oyunu buraxıb. "Ağ-qaralar"da isə Namik Ələskərov zədə, Mert Çelik cəza səbəbindən oynamayıb. "Neftçi" stadiona toplaşan azarkeşlərin möhtəşəm dəstəyi ilə oyuna sürətli başlasa da, hesabı qonaqlar açıblar. 15-ci dəqiqədə isə Mamadu Mbocun kobud səhvindən sonra Giorqos Masuras fərqlənib. Daha sonra təşəbbüsə yiyələnən yunanıstan komandası fasiləyədək hesabı qoruyub. 44-cü dəqiqədə azarkeşlərimiz Vətən müharibəsi ilə bağlı “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndiriblər, həmçinin hərbi salam veriblər. İkinci yarıda hər iki tərəf çox çalışsa da, hesab dəyişməyib.
İki oyunun nəticəsinə görə 2 cavabsız qolla qalib gələn “Olimpiakos” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlib. Yunanıstan futbolçuları burada Bolqarıstanın “Ludoqorets” klubu ilə qarşılaşacaqlar